• 09:00-18:00
    09:00-18:00

    Bazar ertəsi - Cümə

  • https://mingechevir.kobim.az/
    Mingəçevir, Azərbaycan

    Dostluq Parkı, Nəriman Nərimanov 22A, Mingachevir 4500

Mingechevir Kobim

Haqqımızda

Mikro, kiçik və orta biznesin (KOB) inkişafı, onun ölkə iqtisadiyyatında və məşğulluqda rolunun artırılması hər bir ölkədə olduğu kimi, Azərbaycanda iqtisadi siyasətin əsas komponentlərindən biridir. Ölkəmizdə KOB-ların inkişafına daimi dövlət dəstəyi 2017-ci ilin dekabrında Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə yaradılmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən həyata keçirilir. KOBİA-nın əsas məqsədi KOB-ların fəaliyyətinin tənzimlənməsində iştirak etmək, bu sahədə beynəlxalq təcrübədə geniş tətbiq olunan və müasir tələblərə cavab verən çevik idarəetmə sisteminin və səmərəli əlaqələndirmə mexanizminin tətbiqi yolu ilə KOB subyektlərinin ölkə iqtisadiyyatında rolunu möhkəmləndirmək, xüsusi çəkisini və rəqabət qabiliyyətini artırmaq, maliyyə resurslarına çıxış imkanlarını genişləndirmək və onlara institusional dəstək mexanizmlərini təkmilləşdirmək, dövlət və özəl qurumlarının bu sahədə fəaliyyətini əlaqələndirmək, regionlarda sahibkarlığın inkişafına əlverişli şərait yaradılması, bu sahəyə yerli və xarici investisiyaların cəlb edilməsinə nail olmaqdır. Məhz yuxarıda sadalanan məqsədlərə çatmaq üçün KOBİA özəl sektor ilə əməkdaşlıqda KOB İnkişaf Mərkəziləri yaratmağa başlamışdır. KOB Inkişaf Mərkəzləri KOB-lara təlim, məsləhət və şəbəkələşmə sahəsində xidmətlər göstərirlər. Belə Mərkəzlərdən biri Naxçıvan şəhəri üzrə 2023-cü ilin aprel ayının 04 - də açılışı olmuşdur. Naxçıvan KOB İnkişaf Mərkəzi Naxçıvan şəhərində fəaliyyət göstərən KOB-lara və yeni biznesə başlayanlara öz biliklərini inkişaf etdirmək üçün təlim, məsləhət və şəbəkələşmə xidmətləri təqdim edir və onları əməkdaşlığa dəvət edir.

Məqsədimiz

KOB nümayəndələrini bütün sahələrdə maarifləndirmək, onların biznes ideyalarını biznes plana çevirmək və bunun üçün müvafiq maliyyə resurslarına çıxışı təmin etmək, müvafiq maliyyəni cəlb etmək, layihələrin effektiv və səmərəli icrasını təşkil etmək, layihələrin keyfiyyət monitorinqini aparmaq və hesabatlar vermək, müvafiq dövlət strukturları ilə əlaqəni qurmaq, sahibkarlığın inkişafında mövcud olan maneələri aradan qaldırmaq, sahibkarlığın inkişafına əlverişli şərait yaratmaq, bu sahənin ölkə iqtisadiyyatında rolunu möhkəmləndirməkdir.

Missiyamız

Kiçik və orta biznes fəaliyyəti ilə məşğul olan şəxsləri təlim, məsləhət və texniki dəstək xidmətləri ilə təmin etmək, biznes təşəbbüsləri olan, yeni fəaliyyətə başlamaq istəyən, yeni fəaliyyətə başlayan sahibkarları dəstəkləmək, bu sahədə sosial mühitin yaxşılaşdırılması istiqamətində işlər aparmaq, KOB sektorunun davamlı inkişafına nail olmaqdır.

Fəaliyyət

Fəaliyyət İstiqamətləri

KOB İnkişaf Mərkəzi sahibkarların müxtəlif mövzularda məlumatlandırılmasına və onlara təlimlərin keçirilməsinə, KOB-lara fəaliyyət sahəsinə uyğun qabaqcıl texnologiya və həllər barədə konsultasiyaların verilməsinə, yeni növ məhsulların yaradılmasına, meyvə-tərəvəz məhsullarının istehsalı üzrə kiçik və orta sahibkarlar arasında ekoloji təmiz (orqanik) və rəqabətə davamlı məhsulların yetişdirilməsi sahəsində maarifləndirmə işlərinin aparılması və informasiya xidmətlərinin göstərilməsinə, ölkədə ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı və kənd təsərrüfatı məhsulları istehsalçılarının xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi ilə bağlı sahibkarlar maarifləndirici işlərin aparılmasına, sahibkarlar tərəfindən yeni texnologiyaların və ixtiraların mənimsənilməsinə yardım göstərilməsinə, biznesə yeni başlayan sahibkarlara hüquqi və digər məsələlər üzrə məsləhət xidmətlərinin göstərilməsinə xidmət edir. KOB İnkişaf Mərkəzində aşağıdakı fəaliyyət istiqamətləri üzrə KOB-lara xidmətlər təqdim olunur: Təlimlər Məsləhət xidmətləri Şəbəkələşmə

MÜRACİӘT FORMASI

Gәlin birlikdә inkişaf edәk