Xəbərlər
"Bazar araşdırması" mövzusunda maarifləndirici təlim keçirilib.

Mingəçevir KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq istəyənlər üçün maarifləndirici təlimlərin təşkili davam edir. Noyabrın 23-də Mingəçevir KOBİM tərəfindən Mingəçevir şəhərində fəaliyyət göstərən sahibkarlar və biznesə yeni başlamaq istəyənlər üçün "Bazar araşdırması" mövzusunda növbəti maarifləndirici təlim keçirilib. Təlimdə 3 nəfər sahibkar iştirak edib. Mingəçevir KOBİM-in peşəkar eksperti bazar araşdırması anlayışı, məqsədi və əhəmiyyəti barədə danışıb, onun növləri, bazar araşdırmasında istifadə edilən metodlar və alətlər, hədəf auditoriyasının və rəqiblərin araşdırılması, toplanan məlumatların təhlili barədə ətraflı məlumat verib. Qeyd edək ki, Mingəçevir KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
.jpg)
Xəbərlər
"Sahibkarların fəaliyyətinə təsir edən marketinq mühiti və onun geniş təhlili" mövzusunda növbəti maarifləndirici təlim keçirilib.
Mingəçevir KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq ...

Xəbərlər
"Sosial sahibkarlıq anlayışı, onun mahiyyəti və meydana çıxma zərurəti" mövzusunda maarifləndirici təlim keçirilib.
Mingəçevir KOBİM tərəfindən KOB subyektləri üçün "Sosial sahibkarlıq anlayışı, onun mahiyyəti ...