• 09:00-18:00
    09:00-18:00

    Bazar ertəsi - Cümə

  • https://mingechevir.kobim.az/
    Mingəçevir, Azərbaycan

    Dostluq Parkı, Nəriman Nərimanov 22A, Mingachevir 4500

Xəbərlər

"Biznesdə daxili və xarici mühit analizi (SWOT)" mövzusunda maarifləndirici təlim keçirilib.

Mingəçevir KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq istəyənlər üçün maarifləndirici təlimlərin təşkili davam edir. Noyabrın 30-da Mingəçevir KOBİM tərəfindən Mingəçevir şəhərində fəaliyyət göstərən sahibkarlar və biznesə yeni başlamaq istəyənlər üçün "Biznesdə daxili və xarici mühit analizi (SWOT)" mövzusunda növbəti maarifləndirici təlim keçirilib. Təlimdə 4 nəfər sahibkar iştirak edib. Mingəçevir KOBİM-in peşəkar eksperti SWOT analizi anlayışı, onun üstünlükləri və məhdudiyyətləri barədə danışıb, SWOT analizi vasitəsilə məlumat toplanması, şirkətin güclü və zəif tərəflərinin, inkişaf potensialının və hədəfə çatmaq üçün qarşılaşa biləcəyi əngəllərin müəyyən edilməsi və əldə edilmiş informasiya nəzərə alınaraq strateji planın hazırlanması barədə geniş məlumat verib. Qeyd edək ki, Mingəçevir KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

"Sahibkarların fəaliyyətinə təsir edən marketinq mühiti və onun geniş təhlili" mövzusunda növbəti maarifləndirici təlim keçirilib.

Xəbərlər

"Sahibkarların fəaliyyətinə təsir edən marketinq mühiti və onun geniş təhlili" mövzusunda növbəti maarifləndirici təlim keçirilib.

Mingəçevir KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq ...

"Sosial sahibkarlıq anlayışı, onun mahiyyəti və meydana çıxma zərurəti" mövzusunda maarifləndirici təlim keçirilib.

Xəbərlər

"Sosial sahibkarlıq anlayışı, onun mahiyyəti və meydana çıxma zərurəti" mövzusunda maarifləndirici təlim keçirilib.

Mingəçevir KOBİM tərəfindən KOB subyektləri üçün "Sosial sahibkarlıq anlayışı, onun mahiyyəti ...