Xəbərlər
"Biznesdə iş etikası" mövzusunda maarifləndirici təlim keçirilib.

Mingəçevir KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq istəyənlər üçün maarifləndirici təlimlərin təşkili davam edir. Noyabrın 3-də Mingəçevir KOBİM tərəfindən Mingəçevir şəhərində fəaliyyət göstərən sahibkarlar və biznesə yeni başlamaq istəyənlər üçün "Biznesdə iş etikası" mövzusunda növbəti maarifləndirici təlim keçirilib. Təlimdə 9 nəfər sahibkar iştirak edib. Mingəçevir KOBİM-in peşəkar eksperti biznes etikasının əsasları və əhəmiyyəti barədə danışıb, etik prinsiplər və dəyərlər, maraqların toqquşduğu an yaranan etik dilemmalar və onların həlli yolları, biznes etikası və qanunvericilik arasında fərqlər və ziddiyyətlər barədə ətraflı məlumat verib. Qeyd edək ki, Mingəçevir KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
.jpg)
Xəbərlər
"Sahibkarların fəaliyyətinə təsir edən marketinq mühiti və onun geniş təhlili" mövzusunda növbəti maarifləndirici təlim keçirilib.
Mingəçevir KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq ...

Xəbərlər
"Sosial sahibkarlıq anlayışı, onun mahiyyəti və meydana çıxma zərurəti" mövzusunda maarifləndirici təlim keçirilib.
Mingəçevir KOBİM tərəfindən KOB subyektləri üçün "Sosial sahibkarlıq anlayışı, onun mahiyyəti ...