Xəbərlər
"Biznesin funksiyaları" mövzusunda maarifləndirici təlim keçirilib.

Mingəçevir KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq istəyənlər üçün maarifləndirici təlimlərin təşkili davam edir. Noyabrın 2-də Mingəçevir KOBİM tərəfindən Mingəçevir şəhərində fəaliyyət göstərən sahibkarlar və biznesə yeni başlamaq istəyənlər üçün "Biznesin funksiyaları" mövzusunda növbəti maarifləndirici təlim keçirilib. Təlimdə 12 nəfər sahibkar iştirak edib. Mingəçevir KOBİM-in peşəkar eksperti biznesin əsas funksiyaları və onların qarşılıqlı-əlaqəsi barədə danışıb, istehsal və əməliyyatlar, maliyyə və mühasibatlıq, marketinq və satış, insan resurslarının idarəedilməsi, informasiya texnologiyaları, strateji idarəetmə, tədqiqat və inkişaf, satınalma və təchizat zənciri, hüquqi dəstək və uyğunluq funksiyaları barədə ətraflı məlumat verib. Qeyd edək ki, Mingəçevir KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
.jpg)
Xəbərlər
"Sahibkarların fəaliyyətinə təsir edən marketinq mühiti və onun geniş təhlili" mövzusunda növbəti maarifləndirici təlim keçirilib.
Mingəçevir KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq ...

Xəbərlər
"Sosial sahibkarlıq anlayışı, onun mahiyyəti və meydana çıxma zərurəti" mövzusunda maarifləndirici təlim keçirilib.
Mingəçevir KOBİM tərəfindən KOB subyektləri üçün "Sosial sahibkarlıq anlayışı, onun mahiyyəti ...