Xəbərlər
"Həştəqlər reklamların effektiv idarə olunması" mövzusunda maarifləndirici onlayn təlim keçirilib.

Mingəçevir KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq istəyənlər üçün maarifləndirici təlimlərin təşkili davam edir. Dekabrın 13-də Mingəçevir KOBİM tərəfindən Mingəçevir, Bərdə və Tərtər şəhərlərində fəaliyyət göstərən sahibkarlar və biznesə yeni başlamaq istəyənlər üçün "Həştəqlər reklamların effektiv idarə olunması" mövzusunda növbəti maarifləndirici təlim keçirilib. Təlimdə 4 nəfər sahibkar iştirak edib. Mingəçevir KOBİM-in peşəkar eksperti həştəqlər, onların mahiyyəti və sosial şəbəkələrdə istifadə məqsədləri barədə danışıb, həştəqlərin növləri və funksiyaları, həştəqlərin məzmunla uyğunluğu və kontekstə uyğun istifadəsi, brendə və hədəf auditoriyasına uyğun həştəqlərin seçilməsi, həştəqlərin effektivliyini izləmək üçün alətlər barədə ətraflı məlumat verib. Qeyd edək ki, Mingəçevir KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
.jpg)
Xəbərlər
"Sahibkarların fəaliyyətinə təsir edən marketinq mühiti və onun geniş təhlili" mövzusunda növbəti maarifləndirici təlim keçirilib.
Mingəçevir KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq ...

Xəbərlər
"Sosial sahibkarlıq anlayışı, onun mahiyyəti və meydana çıxma zərurəti" mövzusunda maarifləndirici təlim keçirilib.
Mingəçevir KOBİM tərəfindən KOB subyektləri üçün "Sosial sahibkarlıq anlayışı, onun mahiyyəti ...