Xəbərlər
"Korporativ hüquq" mövzusunda maarifləndirici onlayn təlim keçirilib.

Mingəçevir KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq istəyənlər üçün maarifləndirici təlimlərin təşkili davam edir. Noyabrın 27-də Mingəçevir KOBİM tərəfindən Mingəçevir, Bərdə və Tərtər şəhərlərində fəaliyyət göstərən sahibkarlar və biznesə yeni başlamaq istəyənlər üçün "Korporativ hüquq" mövzusunda növbəti maarifləndirici təlim keçirilib. Təlimdə 7 nəfər sahibkar iştirak edib. Mingəçevir KOBİM-in peşəkar eksperti korporativ hüquq anlayışı, hüquqi şəxs və onun formaları barədə danışıb, şirkətin yaradılması, qeydiyyata alınması, idarə edilməsi, strukturlaşması və bu strukturların səlahiyyətləri barədə ətraflı məlumat verib. Qeyd edək ki, Mingəçevir KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir
.jpg)
Xəbərlər
"Sahibkarların fəaliyyətinə təsir edən marketinq mühiti və onun geniş təhlili" mövzusunda növbəti maarifləndirici təlim keçirilib.
Mingəçevir KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq ...

Xəbərlər
"Sosial sahibkarlıq anlayışı, onun mahiyyəti və meydana çıxma zərurəti" mövzusunda maarifləndirici təlim keçirilib.
Mingəçevir KOBİM tərəfindən KOB subyektləri üçün "Sosial sahibkarlıq anlayışı, onun mahiyyəti ...