Xəbərlər
"Korporativ satış" mövzusunda maarifləndirici təlim keçirilib.

Mingəçevir KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq istəyənlər üçün maarifləndirici təlimlərin təşkili davam edir. Noyabrın 18-də Mingəçevir KOBİM tərəfindən Mingəçevir şəhərində fəaliyyət göstərən sahibkarlar və biznesə yeni başlamaq istəyənlər üçün "Korporativ satış" mövzusunda növbəti maarifləndirici təlim keçirilib. Təlimdə 7 nəfər sahibkar iştirak edib. Mingəçevir KOBİM-in peşəkar eksperti korporativ satış anlayışı, üstünlükləri və strateji əhəmiyyəti barədə danışıb, satış prosesinin növləri və mərhələləri, satış strategiyalarının hazırlanması, müştərilərlə uzunmüddətli əlaqə qurma və müştəri məmnuniyyəti yaratma, satışın ölçülməsi və izlənməsi barədə geniş məlumat verib. Qeyd edək ki, Mingəçevir KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
.jpg)
Xəbərlər
"Sahibkarların fəaliyyətinə təsir edən marketinq mühiti və onun geniş təhlili" mövzusunda növbəti maarifləndirici təlim keçirilib.
Mingəçevir KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq ...

Xəbərlər
"Sosial sahibkarlıq anlayışı, onun mahiyyəti və meydana çıxma zərurəti" mövzusunda maarifləndirici təlim keçirilib.
Mingəçevir KOBİM tərəfindən KOB subyektləri üçün "Sosial sahibkarlıq anlayışı, onun mahiyyəti ...