Xəbərlər
Sahibkarlar üçün marketinq anlayışı və onun alt konsepsiyaları mövzusunda maarifləndirici təlim keçirilib.

Mingəçevir KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq istəyənlər üçün maarifləndirici təlimlərin təşkili davam edir. Oktyabrın 19-da Mingəçevir KOBİM tərəfindən Mingəçevir şəhərində fəaliyyət göstərən sahibkarlar və biznesə yeni başlamaq istəyənlər üçün "Sahibkarlar üçün marketinq anlayışı və onun alt konsepsiyaları" mövzusunda növbəti maarifləndirici təlim keçirilib. Təlimdə 7 nəfər sahibkar iştirak edib. Mingəçevir KOBİM-in peşəkar eksperti tərəfindən biznes və müəssisə anlayışı haqqında məlumat verilib və biznesin funksiyaları barəsində danışılıb, eyni zamanda müəssisələrdə marketinq departamentinin təşkili və onun fəaliyyətini düzgün koordinasiya etməklə uzunmüddətli mənfəət əldə etmək yolları izah olunub. Qeyd edək ki, Mingəçevir KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
.jpg)
Xəbərlər
"Sahibkarların fəaliyyətinə təsir edən marketinq mühiti və onun geniş təhlili" mövzusunda növbəti maarifləndirici təlim keçirilib.
Mingəçevir KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq ...

Xəbərlər
"Sosial sahibkarlıq anlayışı, onun mahiyyəti və meydana çıxma zərurəti" mövzusunda maarifləndirici təlim keçirilib.
Mingəçevir KOBİM tərəfindən KOB subyektləri üçün "Sosial sahibkarlıq anlayışı, onun mahiyyəti ...