• 09:00-18:00
    09:00-18:00

    Bazar ertəsi - Cümə

  • https://mingechevir.kobim.az/
    Mingəçevir, Azərbaycan

    Dostluq Parkı, Nəriman Nərimanov 22A, Mingachevir 4500

Xəbərlər

"Sahibkarlar üçün rəqəmsal bacarıqlar" mövzusunda maarifləndirici təlim keçirilib.

Mingəçevir KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq istəyənlər üçün maarifləndirici təlimlərin təşkili davam edir. Noyabrın 29-da Mingəçevir KOBİM tərəfindən Mingəçevir şəhərində fəaliyyət göstərən sahibkarlar və biznesə yeni başlamaq istəyənlər üçün "Sahibkarlar üçün rəqəmsal bacarıqlar" mövzusunda növbəti maarifləndirici təlim keçirilib. Təlimdə 3 nəfər sahibkar iştirak edib. Mingəçevir KOBİM-in peşəkar eksperti sosial media və rəqəmsal reklamın marketinq strategiyasında yeri və sahibkarlara faydaları barədə danışıb, uyğun sosial media platformasının seçilməsi, kontent planlaması və idarə edilməsi, kontentin növləri, sosial mediada reklam kampaniyalarının idarə edilməsi, kampaniyanın gedişatının təhlil edilməsi və optimallaşdırılması, izləyici artımının təmin edilməsi, izləyici və müştərilərlə əlaqələrin qurulması, influenser marketinqi barədə ətraflı məlumat verib. Qeyd edək ki, Mingəçevir KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

"Sahibkarların fəaliyyətinə təsir edən marketinq mühiti və onun geniş təhlili" mövzusunda növbəti maarifləndirici təlim keçirilib.

Xəbərlər

"Sahibkarların fəaliyyətinə təsir edən marketinq mühiti və onun geniş təhlili" mövzusunda növbəti maarifləndirici təlim keçirilib.

Mingəçevir KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq ...

"Sosial sahibkarlıq anlayışı, onun mahiyyəti və meydana çıxma zərurəti" mövzusunda maarifləndirici təlim keçirilib.

Xəbərlər

"Sosial sahibkarlıq anlayışı, onun mahiyyəti və meydana çıxma zərurəti" mövzusunda maarifləndirici təlim keçirilib.

Mingəçevir KOBİM tərəfindən KOB subyektləri üçün "Sosial sahibkarlıq anlayışı, onun mahiyyəti ...