Xəbərlər
"Satışın idarə olunması və biznesdə rolu" mövzusunda maarifləndirici təlim keçirilib.

Mingəçevir KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq istəyənlər üçün maarifləndirici təlimlərin təşkili davam edir. Noyabrın 16-da Mingəçevir KOBİM tərəfindən Mingəçevir şəhərində fəaliyyət göstərən sahibkarlar və biznesə yeni başlamaq istəyənlər üçün "Satışın idarə olunması və biznesdə rolu" mövzusunda növbəti maarifləndirici təlim keçirilib. Təlimdə 18 nəfər sahibkar iştirak edib. Mingəçevir KOBİM-in peşəkar eksperti satışın idarə olunması, proseslərin planlaşdırılması, həyata keçirilməsi və nəzarəti barədə danışmış, satış hədəflərinin və istiqamətlərinin müəyyənləşdirilməsi, satış komandasının qurulması və idarə edilməsi, fəaliyyətin izlənməsi və optimallaşdırılması, habelə müştəri məmnuniyyətinin təmin edilməsi, loyallığının artırılması barədə geniş məlumat verib. Qeyd edək ki, Mingəçevir KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
.jpg)
Xəbərlər
"Sahibkarların fəaliyyətinə təsir edən marketinq mühiti və onun geniş təhlili" mövzusunda növbəti maarifləndirici təlim keçirilib.
Mingəçevir KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq ...

Xəbərlər
"Sosial sahibkarlıq anlayışı, onun mahiyyəti və meydana çıxma zərurəti" mövzusunda maarifləndirici təlim keçirilib.
Mingəçevir KOBİM tərəfindən KOB subyektləri üçün "Sosial sahibkarlıq anlayışı, onun mahiyyəti ...