Xəbərlər
"Satışın təşkili və satışda qiymət danışıqları" mövzusunda maarifləndirici təlim keçirilib.

Mingəçevir KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq istəyənlər üçün maarifləndirici təlimlərin təşkili davam edir. Noyabrın 16-da Mingəçevir KOBİM tərəfindən Mingəçevir şəhərində fəaliyyət göstərən sahibkarlar və biznesə yeni başlamaq istəyənlər üçün "Satışın təşkili və satışda qiymət danışıqları" mövzusunda növbəti maarifləndirici təlim keçirilib. Təlimdə 15 nəfər sahibkar iştirak edib. Mingəçevir KOBİM-in peşəkar eksperti effektiv satış prosesinin qurulması, satış müzakirələrinin uğurla aparılması və qiymət danışıqlarında tətbiq ediləcək strategiyalar barədə danışıb, qiymət danışıqlarının əsas prinsipləri, ilkin qiymət təklifi, alternativ təkliflərin təqdim edilməsi, müqavilə şərtləri ilə bağlı razılığa gəlinməsi və satışın rəsmiləşdirilməsi barədə ətraflı məlumat verib. Qeyd edək ki, Mingəçevir KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
.jpg)
Xəbərlər
"Sahibkarların fəaliyyətinə təsir edən marketinq mühiti və onun geniş təhlili" mövzusunda növbəti maarifləndirici təlim keçirilib.
Mingəçevir KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq ...

Xəbərlər
"Sosial sahibkarlıq anlayışı, onun mahiyyəti və meydana çıxma zərurəti" mövzusunda maarifləndirici təlim keçirilib.
Mingəçevir KOBİM tərəfindən KOB subyektləri üçün "Sosial sahibkarlıq anlayışı, onun mahiyyəti ...