• 09:00-18:00
    09:00-18:00

    Bazar ertəsi - Cümə

  • https://mingechevir.kobim.az/
    Mingəçevir, Azərbaycan

    Dostluq Parkı, Nəriman Nərimanov 22A, Mingachevir 4500

Xəbərlər

Sosial sahibkarlığın əhatə sahələri və inkişaf perspektivləri mövzusunda maarifləndirici təlim keçirilib.

Mingəçevir KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq istəyənlər üçün maarifləndirici təlimlərin təşkili davam edir. Oktyabrın 20-də Mingəçevir KOBİM tərəfindən Mingəçevir şəhərində fəaliyyət göstərən sahibkarlar və biznesə yeni başlamaq istəyənlər üçün "Sosial sahibkarlığın əhatə sahələri və inkişaf perspektivləri" mövzusunda növbəti maarifləndirici təlim keçirilib. Təlimdə 13 nəfər sahibkar iştirak edib. Mingəçevir KOBİM-in peşəkar eksperti tərəfindən sosial sahibkarların fəaliyyət göstərdiyi sahələr, sosial sahibkarlıqla məşğul olan müəssisələrin idarə edilməsi, müəssisələrin bir ad altında birləşməsi, ixtisaslı kadrların idarəçi vəzifələrə cəlb edilməsi və sahibkarların formalaşması barədə ətraflı məlumat verilib. Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında müzakirə aparılıb. Qeyd edək ki, Mingəçevir KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir

"Sahibkarların fəaliyyətinə təsir edən marketinq mühiti və onun geniş təhlili" mövzusunda növbəti maarifləndirici təlim keçirilib.

Xəbərlər

"Sahibkarların fəaliyyətinə təsir edən marketinq mühiti və onun geniş təhlili" mövzusunda növbəti maarifləndirici təlim keçirilib.

Mingəçevir KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq ...

"Sosial sahibkarlıq anlayışı, onun mahiyyəti və meydana çıxma zərurəti" mövzusunda maarifləndirici təlim keçirilib.

Xəbərlər

"Sosial sahibkarlıq anlayışı, onun mahiyyəti və meydana çıxma zərurəti" mövzusunda maarifləndirici təlim keçirilib.

Mingəçevir KOBİM tərəfindən KOB subyektləri üçün "Sosial sahibkarlıq anlayışı, onun mahiyyəti ...