Xəbərlər
Sosial sahibkarlığın inkişafında əsas fokus qrupları mövzusunda maarifləndirici təlim keçirilib.

Mingəçevir KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq istəyənlər üçün maarifləndirici təlimlərin təşkili davam edir. Oktyabrın 19-da Mingəçevir KOBİM tərəfindən Mingəçevir şəhərində fəaliyyət göstərən sahibkarlar və biznesə yeni başlamaq istəyənlər üçün "Sosial sahibkarlığın inkişafında əsas fokus qrupları" mövzusunda növbəti maarifləndirici təlim keçirilib. Təlimdə 5 nəfər sahibkar iştirak edib. Mingəçevir KOBİM-in peşəkar eksperti tərəfindən sosial sahibkarlığın hədəfləri, hansı sosial problemlərin həllinə fokuslandığı, həmin problemlərin yayılma miqyasını və kimlərə təsir etdiyinin təhlili yolları və həmçinin həlli üsulları barədə məlumat verilib. Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında müzakirə aparılıb. Qeyd edək ki, Mingəçevir KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
.jpg)
Xəbərlər
"Sahibkarların fəaliyyətinə təsir edən marketinq mühiti və onun geniş təhlili" mövzusunda növbəti maarifləndirici təlim keçirilib.
Mingəçevir KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq ...

Xəbərlər
"Sosial sahibkarlıq anlayışı, onun mahiyyəti və meydana çıxma zərurəti" mövzusunda maarifləndirici təlim keçirilib.
Mingəçevir KOBİM tərəfindən KOB subyektləri üçün "Sosial sahibkarlıq anlayışı, onun mahiyyəti ...