Xəbərlər
"Yaşıl iqtisadiyyat və beyin mərkəzləri" mövzusunda maarifləndirici təlim keçirilib.

Mingəçevir KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq istəyənlər üçün maarifləndirici təlimlərin təşkili davam edir. Noyabrın 11-də Mingəçevir KOBİM tərəfindən Mingəçevir şəhərində fəaliyyət göstərən sahibkarlar və biznesə yeni başlamaq istəyənlər üçün "Yaşıl iqtisadiyyat və beyin mərkəzləri" mövzusunda növbəti maarifləndirici təlim keçirilib. Təlimdə 4 nəfər sahibkar iştirak edib. Mingəçevir KOBİM-in peşəkar eksperti yaşıl iqtisadiyyatın əsas prinsipləri və məqsədlləri barədə danışıb, ekoloji vəziyyət, təbii resursların idarə edilməsi və yaşıl texnologiyaların tətbiqi ilə bağlı aparılan tədqiqatlar, beyin mərkəzlərinin yaşıl iqtisadiyyat üzrə strategiyalar hazırlanmasına və həyata keçirilməsinə verdiyi töhfə barədə ətraflı məlumat verib. Qeyd edək ki, Mingəçevir KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
.jpg)
Xəbərlər
"Sahibkarların fəaliyyətinə təsir edən marketinq mühiti və onun geniş təhlili" mövzusunda növbəti maarifləndirici təlim keçirilib.
Mingəçevir KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq ...

Xəbərlər
"Sosial sahibkarlıq anlayışı, onun mahiyyəti və meydana çıxma zərurəti" mövzusunda maarifləndirici təlim keçirilib.
Mingəçevir KOBİM tərəfindən KOB subyektləri üçün "Sosial sahibkarlıq anlayışı, onun mahiyyəti ...