Xəbərlər
"Yaşıl İqtisadiyyat və Məşğulluq" mövzusunda maarifləndirici təlim keçirilib.

Mingəçevir KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq istəyənlər üçün maarifləndirici təlimlərin təşkili davam edir. Dekabrın 11-də Mingəçevir KOBİM tərəfindən Mingəçevir şəhərində fəaliyyət göstərən sahibkarlar və biznesə yeni başlamaq istəyənlər üçün "Yaşıl İqtisadiyyat və Məşğulluq" mövzusunda növbəti maarifləndirici təlim keçirilib. Təlimdə 6 nəfər sahibkar iştirak edib. Mingəçevir KOBİM-in peşəkar eksperti yaşıl iqtisadiyyatın dayanıqlı iqtisadi tərəqqidə rolu və sosial faydaları barədə danışıb, yaşıl iqtisadiyyatın inkişafı ilə yeni iş yerlərinin açılması, yaranan yeni perspektivlər, yaşıl sahələrdə ən çox tələb olunan peşələr, yaşıl texnologiyalar və start-up-lar barədə geniş məlumat verib. Qeyd edək ki, Mingəçevir KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
.jpg)
Xəbərlər
"Sahibkarların fəaliyyətinə təsir edən marketinq mühiti və onun geniş təhlili" mövzusunda növbəti maarifləndirici təlim keçirilib.
Mingəçevir KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq ...

Xəbərlər
"Sosial sahibkarlıq anlayışı, onun mahiyyəti və meydana çıxma zərurəti" mövzusunda maarifləndirici təlim keçirilib.
Mingəçevir KOBİM tərəfindən KOB subyektləri üçün "Sosial sahibkarlıq anlayışı, onun mahiyyəti ...