• 09:00-18:00
    09:00-18:00

    Bazar ertəsi - Cümə

  • https://mingechevir.kobim.az/
    Mingəçevir, Azərbaycan

    Dostluq Parkı, Nəriman Nərimanov 22A, Mingachevir 4500

Xəbərlər

"Yaşıl iqtisadiyyatda dayanıqlı inkişaf" mövzusunda maarifləndirici onlayn təlim keçirilib.

Mingəçevir KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq istəyənlər üçün maarifləndirici təlimlərin təşkili davam edir. Dekabrın 11-də Mingəçevir KOBİM tərəfindən Mingəçevir, Bərdə və Tərtər şəhərlərində fəaliyyət göstərən sahibkarlar və biznesə yeni başlamaq istəyənlər üçün "Yaşıl iqtisadiyyatda dayanıqlı inkişaf" mövzusunda növbəti maarifləndirici təlim keçirilib. Təlimdə 4 nəfər sahibkar iştirak edib. Mingəçevir KOBİM-in peşəkar eksperti yaşıl iqtisadiyyatın vacibliyi və üstünlüyü, ekoloji baxımdan təmiz və səmərəli iqtisadi model haqqında danışıb, yaşıl texnologiyaların iqtisadiyyatda tətbiqi, yaşıl iqtisadiyyat prinsiplərinin bizneslərə inteqrasiyası, enerji səmərəliliyi, karbon emissiyalarının azaldılması barədə geniş məlumat verib. Qeyd edək ki, Mingəçevir KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

"Sahibkarların fəaliyyətinə təsir edən marketinq mühiti və onun geniş təhlili" mövzusunda növbəti maarifləndirici təlim keçirilib.

Xəbərlər

"Sahibkarların fəaliyyətinə təsir edən marketinq mühiti və onun geniş təhlili" mövzusunda növbəti maarifləndirici təlim keçirilib.

Mingəçevir KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq ...

"Sosial sahibkarlıq anlayışı, onun mahiyyəti və meydana çıxma zərurəti" mövzusunda maarifləndirici təlim keçirilib.

Xəbərlər

"Sosial sahibkarlıq anlayışı, onun mahiyyəti və meydana çıxma zərurəti" mövzusunda maarifləndirici təlim keçirilib.

Mingəçevir KOBİM tərəfindən KOB subyektləri üçün "Sosial sahibkarlıq anlayışı, onun mahiyyəti ...