Xidmətlərimiz
Xidmətlərimiz
Təlim xidmətləri
Təlim
Mikro, kiçik və orta sahibkarlıq subyektləri və onların idarəediciləri, ev təsərrüfatları və yeni biznesə başlamaq istəyənlər (startapçılar, o cümlədən tələbələr) üçün effektiv biznes idarəetməsi çox vacibdir. Biz bilirik ki, hər kəs öz biznesini effektiv idarə etmək istəyir, amma bəzən bu yolda ilkin olaraq hansı addımları atmaq lazım olduğunda çətinlik çəkir. Odur ki, KOB inkişaf mərkəzi olaraq bu sahədə sizə professional təlim dəstəyi təqdim edirik. Siz bu təlimlərdə
Biznesə başla;
Soft skils (yumşaq bacarıqlar);
Layihə idarəetməsi;
Maliyyənin idarə edilməsi;
Korporativ hüquq;
Satış;
Təchizat zəncirinin idarə edilməsi;
Marketinq;
Rəqəmsal bacarıqlar;
Yaşıl iqtisadiyyat;
Sosial sahibkarlıq kimi istiqamətlərdə nəzəri və praktiki biliklər əldə etməklə, gələcəkdə biznesinizi uğurla planlaya, maliyyə resurslarını düzgün idarə edə və komandalarınızı daha effektiv yönəldə biləcəksiniz.